İCRA BAŞÇISI QAZİLƏRİN İŞLƏ TƏMİN OLUNMASI ÜÇÜN GÖSTƏRİŞ VERDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xaltan kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Rayon

İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də Quba rayonunda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını ifadə ediblər.Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Xaltan kəndinin mərkəzində və Xaltan kənd tam orta məktəbində yaradılmış Şəhid xatirə guşələri ilə tanış olub.