İCRA BAŞÇISI KƏND SAKİNLƏRİNİN PROBLEMLƏRİ İLƏ MARAQLANDI

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov İkinci Nügədi kənd inzibati ərazi dairəsinin Pirvahid kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər bulaq-xatirə kompleksinin, Birinci Qarabağ Müharibəsi şəhidi Ramin Dadaşovun Pirvahid kənd tam orta məktəbinin önündə qoyulmuş büstünün və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzmüşdür.