HEÇ KİM UNUDULMUR

27 Sentyabr Anım Günü ilə bağlı məzarı başında yad edilən şəhidlərimizdən biri də erməni terorçularının Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu Ümid Həsənov olub. Şəhidin xatirəsini yad edən Quba rayon İcra hakimiyyəti aparatının rəsmiləri, hüquq-mühafizə xidməti əməkdaşları və ziyalılar şəhidin məzarı üstünə gül dəstələri düzüb, ruhuna dualar oxudular. Daha sonra şəhid Ümid Həsənovun ailəsi ziyarət olundu. Bildirildi ki, şəhidlərimiz öz qəhrəmanlıqları ilə əbədiyyətə qovuşaraq, hər bir Azərbaycan vətəndaşının qəlbində daim yaşayacaqlar.