GÜRDƏH KƏNDİNİN MƏKTƏB MƏSƏLƏSİ HƏLLİNİ TAPACAQ
Baxış sayı: 27
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rük kənd inzibati ərazi dairəsinin Gürdəh kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulada Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Gürdəh kənd ibtidai məktəbinin qarşısında qoyulmuş 44 günlük Vətən müharibəsində şəhid olmuş Həbibov Murad Asəf oğlunun xatirə guşəsinin qarşısına gül dəstələri qoyublar.