EURONEWS: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN RUSİYADAN UZAQLAŞIR
Baxış sayı: 18
Rəsmi Moskvanın ənənəvi müttəfiqləri ilə əlaqələrinin pozulmağa başladığı bir vaxtda Rusiya Talibanı Əfqanıstanın hakim hökuməti kimi tanıyan ilk ölkə oldu. Bu barədə bilgini Euronews yayıb. “2022-ci ilin əvvəlində Ukraynada müharibə başlayandan bəri Kreml iqtisadi və hərbi tərəfdaşlıqları inkişaf etdirmək üçün Şimali Koreya və İranla daha sıx əməkdaşlığa can atırdı. Eyni zamanda, Ukraynada bataqlığa düşən Rusiya postsovet məkanında öz təsirini tədricən itirir. Bu baxımdan ən maraqlı məqam Rusiyanın Cənubi Qafqazda nüfuzunu itirməsidir. İrəvan və Bakı sülh sazişinin mətnini razılaşdırmaqla Rusiyadan uzaqlaşdıqlarını göstərir. Maraqlı fakt ondan ibarətdir ki, ötən əsrin 90-cı illərindən bəri davam edən münaqişənin həllində Rusiya deyil, Türkiyə iştirak edir. Moskvanın Bakı və İrəvanla münasibətləri heç vaxt indiki qədər pis olmayıb. Ötən həftə Rusiya polisinin Rusiyanın dördüncü böyük şəhəri olan Yekaterinburqda bir neçə azərbaycanlının evlərinə basqın etməsi, hakimiyyətin onilliklər boyu davam edən qətllərlə bağlı istintaqın tərkib hissəsi olduğunu bildirməsi ilə gərginlik kəskin şəkildə artıb.
Ermənistana gəlincə, bu ölkə 2024-cü ildə görünməmiş bir addım atdı: Belə ki, Kremlin rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurdu. Və bir il sonra, yəni 2025-ci ilin əvvəlində Ermənistan parlamenti Avropa İttifaqına qoşulma prosesinin başlanmasına yönəlmiş qanun layihəsini qəbul etdi ki, bu da Moskvanın nöqteyi-nəzərindən son dərəcə düşmən addımdır”- deyə Euronews yazır.