ERMƏNİSTANDA SEÇKİ ÖNCƏSİ RUSİYA QALMAQALI
Baxış sayı: 8
Rusiya iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistan cəmiyyətinə böyük psixoloji təzyiq göstərir. Bunu Ermənistanın Xristian-Demokrat Partiyasının sədri Levon Şirinyan deyib.Siyasətçinin sözlərinə görə, rusiyalı oliqarx Samvel Karapetyanın niyə müxalifətin adından siyasi prosesə rəhbərlik etməsi hələ də aydın deyil:“Bir dənə də olsun məntiqli fikir ifadə edə bilmirlər. Bəs oliqarxlar heç bilirlərmi ki, erməni dilinin sintaksisi var? Bunların artıq bitdiyini deyəndə özlərindən çıxırlar, özləri isə həm də rusiyapərəst və russevərdirlər. Samvel “Sibir xorası”dır. Paşinyan baş nazir postuna yeganə namizəddir və qalib gələcək.Samvelkimilər darmadağın olublar, Rusiya onları da “Qarabağ klanı” kimi zibil qutusuna atıb. Putin bunlardan alət kimi istifadə edir, paslananda isə kənara tullayır”, - deyə o bildirib. Ermənistan Baş naziri Nikol Paşinyanın ölümlə təhdid edilməsinə diqqət çəkən Şirinyan vurğulayıb ki, hökumət başçısının təhlükəsizliyi gücləndirilməlidir: “Ona uzanan barmaqları vurun, məsələ bitsin. Baş nazirin təhlükəsizliyi gücləndirilməlidir”.
