"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzinə həm yerli, həm də əcnəbi turistlər dincəlmək üçün müraciət ediblər.
Qeyd edək ki, Şahdağ Turizm Kompleksi Qusar şəhərindən 30 kilometr şimalda yerləşir.Dövlət Turizm Agentliyindən bildirilib ki, mərkəzin xidmətlərindən gün ərzində orta hesabla 4 mindən çox turist faydalanır.Qonaqların əksəriyyətini isə yerli turistlər təşkil edib.Son dörd gündə - dekabrın 31-dən yanvarın 3-dək turizm mərkəzi 17 mindən çox qonaq qarşılayıb".Şahdağ” Turizm Mərkəzinin marketinq departamentinin rəhbəri Rauf Cahangirov bildirib ki,hər il olduğu kimi, bu il də bayram günlərində turizm mərkəzində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb.“Bayram tətili ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzinə gündə təxminən 4300 turist gəlib.Hər gün minə yaxın turist xizək sürmək üçün müraciət edir.Xizək və snoubord sürmə ilə yanaşı,aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 20 növə yaxın qış əyləncəsi qonaqların ixtiyarındadır.Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Turizm Mərkəzi ilboyu fəaliyyət göstərmək iqtidarındadır.Hazırda xizək həvəskarları “Şahdağ” Turizm Mərkəzində 7 eniş zolağından istifadə edə bilirlər.Yerli və xarici turistlərin xizək sürdükdən sonrakı asudə vaxtlarının səmərəli təşkili üçün kinoteatr fəaliyyət göstərir.