BASQALIN TURİZM POTENSİALI GENİŞLƏNİR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonuna səfər çərçivəsində "Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan tikinti-bərpa işləri ilə tanış olublar. Prezident İlham Əliyevin Sərəncamı əsasında Dövlət Turizm Agentliyi tərəfindən burada aparılan təmir-bərpa işlərinin təqribən 50 faizi başa çatıb. Basqal Azərbaycanın qədim ərazilərindən biridir, özünəməxsus tarixə malikdir. Burada turizmin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı yaradılan şərait həm yerli sakinlərin, həm də turistlərin ürəyincədir. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır. İnanırıq ki, Basqal da digər turistik zonalarımız kimi qədim tarixi yaşayış məkanı olaraq öz gözəllikləri ilə bütün dünyanı heyrətə salacaq.