32 İL BAĞLI QALAN SƏRHƏD 2026-CI İLDƏ AÇILA BİLƏR
Baxış sayı: 15
Ermənistan KİV-lərinin verdiyi bilgiyə görə, Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini yenidən açmağı düşünür. “Bu, Avropaya Soyuq Müharibə dövründən qalan sonuncu bağlı sərhədini açmağa və Qafqazda ticarətin bərpasına yol açmağa imkan verəcək”, - deyə məqalədə qeyd edilir. Nəşr xatırladır ki, Türkiyə 1993-cü ildə Qarabağ münaqişəsinə görə Ermənistanla sərhədi bağlayıb. Ermənistan KİV-lərinin yazdığına görə “Azərbaycanla diplomatik sahədə irəliləyiş və Türkiyə ilə sərhədin açılması Ermənistanın baş naziri Nikol Paşinyana iyun seçkiləri öncəsi böyük təkan verəcək.O, qalib gələrsə, Azərbaycanla sülh sazişini rəsmiləşdirə biləcək”, - deyə nəşr bildirir. Erməni politoloqların fikrincə yalnız bundan sonra Türkiyə diplomatik münasibətləri bərpa etmək üçün Ermənistana səfir təyin edə bilər.Nəşr onu da xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən ay Azərbaycanla Ermənistan arasında yekun sülh razılaşması olmadan Türkiyənin münasibətləri bərpa etməyəcəyini bəyan edib. Qeyd olunur ki, Türkiyə sərhəddi açmağa razı olarsa, bundan hər iki tərəf ticari, iqtisadi və komunikasiya baxımından faydalana biləcək. Bəzi erməni siyasətçilər ehtimal edirlər ki, Türkiyə 2026-cı ilin əvvəlində sərhədi açacaq. Qeyd edək ki, sərhədin uzunluğu 311 km-dir və şimalda Gürcüstanla sərhəd qovşağından cənubda Azərbaycanla sərhəd qovşağına qədər uzanır. Ermənistan və Türkiyə arasındakı sərhəd - keçid məntəqəsinə erməni sərhədçilər nəzarət edir. Belə ki, rus əsgərləri Marqara sərhəd - keçid məntəqəsindən çıxarılıb.
