Quba İş Adamlarına Dəstək- QİAD platformasının təşkilatçılığı ilə Qubada müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq iftar süfrəsi təşkil olunub. Tədbirdə QİAD platformasının İdarə Heyətinin sədri və üzvləri, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba Rayon Bələdiyyəsinin sədri, şəhid ailələri və qazilər, habelə media nümayəndələri iştirak ediblər.Həmrəyliyimizin daha da möhkəmləndirilməsi məqsədilə keçirilən mərasim Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Küpçal kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Quba Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin,
Martın 4 və 5 - də Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisi baş tutub. Sərgi Qazaxıstanın elm və ali
Paşinyan hakimiyyətini qorumaq üçün Türk ordusunu ölkəyə dəvət edəcək. Bu iddia ilə erməni hüquq müdafiəçisi Karapet Paqosyan çıxış edib. Onun iddiasına görə Paşinyan rusiyalı sərhədçiləri Marqara keçid məntəqəsindən Türkiyənin tələbi ilə çıxarıb.
Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur. Novruz bayramından əvvəlki dörd çərşənbənin yəni su, od, yel və torpağın hər birinin xüsusi özəlliyi var. Bəs od çərşənbəsini digərlərindən fərqləndirən xüsusiyyətlər hansılardır? Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, tarixçi-etnoqraf Şəhla Nuruzadə Qafqaz TV-yə Od çərşənbəsinin rəmzi mənasından, qədim ənənələrindən danışdı.
Monqolustanda Çingiz xanın qızıl heykəlinin açılış mərasimi keçirildi.
Monqol xalqının milli kimliyinin simvolu sayılan Çingiz xan tarixin ən qüdrətli sərkərdələrindən biridir. Onun irsini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə Monqolustan hökuməti möhtəşəm bir layihəni həyata keçirib. Paytaxt Ulan-Batorda yerləşən Çingiz Xan Milli Muzeyində yeddi metrlik qızıl heykəlin açılış mərasimi keçirilib. Tədbirdə ölkənin rəhbər şəxsləri, tarixçilər və ictimai xadimlər iştirak ediblər.
"Milli Muzeyin 9-cu mərtəbəsində quraşdırılan heykəl 2025-ci il martın 1-də, Ay təqvimi ilə Yeni ilin – Çağan Sar bayramının ilk günündə ziyarətçilərin üzünə açılıb. Heykəlin hazırlanması iki il çəkib və onun eskizləri tarixçilər və mütəxəssislər tərəfindən təsdiqlənib. Qızıl suyuna çəkilmiş bu möhtəşəm abidə Monqolustan Mərkəzi Bankının maliyyə dəstəyi ilə Florensiyada hazırlanıb. O, razılaşdırılmış vaxtdan düz bir il və bir gün sonra Monqolustana gətirilib.
"Heykəlin postamentində qərbdən şərqə doğru fırlanan, Hun İmperiyasına məxsus naxışlar yer alıb. Çingiz xanın əlindəki qızıl tuqranın üzərində isə qədim monqol hökmranlarının mühüm ifadələrindən biri həkk olunub: ‘Böyük monqol xalqının Dalay-xanı əbədi göy qüdrəti ilə hökm edir. Əgər o, fəth olunmuş xalqa gəlsə, qoy onu ehtiramla qarşılasınlar və qoy ondan qorxsunlar.’"
Çingiz Xan Milli Muzeyində gələcəkdə daha geniş miqyaslı sərgilər təşkil ediləcəyi nəzərdə tutulur. Muzey əməkdaşları burada rəqəmsal, virtual və interaktiv mühit yaratmaq üzərində çalışırlar ki, ziyarətçilər Böyük Xanın irsi ilə daha yaxından tanış ola bilsinlər.
Çingiz xan təkcə keçmişin deyil, həm də bu günün və gələcəyin simvoludur. Monqol xalqının tarixini, mədəniyyətini və milli ruhunu yaşadan bu heykəl minlərlə insan üçün qürur mənbəyinə çevriləcək.