Sahibkarlardan rüşvət tələb edənlər cəzalanacaq

AQTA: qurumun adından istifadə edənlərin qanunazidd əməllərinin qarşısı alınacaqdır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi onların adından sui-istifadə etməklə kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə və əsassız tələblərin irəli sürülməsi faktları ilə bağlı Agentliyə vətəndaşlar tərəfindən müraciətlər daxil olduğu barədə məlumat yayıb. Agentlik sahibkarları belə hallara qarşı ayıq-sayıq olmağa çağırır

Avropanın mədəniyyət paytaxtı

Vesprem 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı elan edilib

Macarıstanın Balaton gölünün mənzərəli şimal sahilində yerləşən çox gözəl Vesprem şəhəri 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı elan edilib.

Macarıstanın Balaton gölünün mənzərəli şimal sahilində yerləşən çox gözəl Vesprem şəhəri 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı elan edilib.Macar ictimaiyyəti üçün xoş olan bu xəbəri ölkənin insan resursları məsələləri üzrə naziri Mikloş Kaşler elan edib.Hər il Avropa Komissiyasının müstəqil ekspertlər qrupu iki Avropa mədəniyyəti paytaxtı seçir. Bu, bütün Aİ məkanında mədəni müxtəlifliyi nümayiş etdirmək məqsədilə həyata keçirilir.

Yerüzü marafonu keçiriləcək

Beynəlxalq Əmək Təşkilatının 100 illiyi münasibətilə qlobal xarakterli tədbir təşkil ediləcək

Aprelin 11-də 24 saat ərzində bütün planetdə BƏT-in 100 illiyi münasibətilə təntənəli tədbirlər və tamaşalar marafonu keçiriləcək.BMT-nin xəbərə görə, Fici adalarından başlayaraq Filadelfiyaya qədər rəqqaslar, musiqiçilər və digər ifaçıların çıxışları olacaq, işçilərin və işəgötürənlərin nümayəndələri, hətta dövlət başçıları sosial ədalətə və layiqli əməyə həsr edilən xatirə tədbirlərində iştirak edəcəklər.

Yer üzünün ən çəkici istiqamətləri

Dünyanın ən çox oxunan turizm saytı “Tripadvisor” turistlər üçün ən cəlbedici istiqamətlərin siyahısını açıqlayıb

Tanınan turizm saytının siyahısında Birinci yerdə muzeyləri, kilsələri, sarayları və yaşıl parkları ilə Böyük Britaniyanın ən böyük şəhəri olan London dayanır.

Saytın veb-səhifəsində ən maraqlı adalar, ekzotik ölkələr, müxtəlif tur-paketlər və kruizlər turistlər üçün təklif olunur.

Rəngli çınqıl istehsalı

Adi çınqıl daşlarını gəlirli biznesə çevirmək olar

Şimal bölgəsində çoxlu sayda əyləncə, istirahət zonaları fəaliyyət göstərir, bir çox insanlar öz həyatyanı sahələrindən, evlərindən kənd turizmi, eko turizm obyekti kimi istifadə edir.Bu zaman isə fərqli, yaraşıqlı dekorativ dizayn işlərinə ehtiyac yaranır. Bu ehtiyacları xaricdən gətirilən bahalı məhsullarla da ödəmək olar, elə çox ucuz qiymətə başa gələn yerli məhsullarla da. Məsələn adi çınqıldan istifadə etməklə maraqlı, yaraşıqlı dizayn işləri həyata keçirmək mümkündür.

Rusiya televiziyası Azərbaycandan çəkiliş edib

“Rossiya– Kultura” televiziyası Naxçıvanda çəkilişlər aparıb

“Rossiya– Kultura” televiziyasının Azərbaycan elminin inkişafı haqqında hazırladığı filmin çəkilişlərinin bir hissəsi Naxçıvan Muxtar Respublikasında aparılıb.Muxtar respublikada çəkilişlərinə aprelin 6-dan başlanılan “Rossiya– Kultura” televiziyasında yayımlanacaq verilişin redaktoru Marina Orlova, rejissoru Aleksey Jukov, kinooperatoru isə Maksim Xəlilovdur. İlk gün Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Gülüstan türbəsində çəkilişlər aparılıb. Aprelin 7-də isə çəkiliş heyəti Qarabağlar Türbə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəz

Qubada konsert proqramı təşkil olundu

Azərbaycan Respublikasının əhalisinin sayının 10 milyon nəfərə çatması ölkəmizin digər rayonlarında olduğu kimi şimal bölgəsində yerləşən Quba rayonunun sakinləri tərəfindən də böyük sevinclə qarşılanıb. Bu özəl olayla bağlı Qubada Asan Həyat Kompleksində konsert proqramə təşkil olunub

Yunanıstanda Azərbaycan çayı təqdim olunub

"QALA" Yunanıstan-Azərbaycan Dostluq cəmiyyətinin Saloniki iqamətgahında Azərbaycan çayını yerli auditoriyaya təqdim edib.

Təqdimat məclisində çayın hazırlanması, çay içmə mədəniyyəti haqqında məlumat verilməklə yanaşı, bu proses canlı olaraq iştirakçılara nümayiş etdirilib.