Kənddə uşaq bağçası

Bu bağça xüsusi olaraq turistlərin övladları üçün düşünülən bağçadır

Kənddə uşaq baxçası ideyası Sizə gülməli gəlməsin, belə bir biznes yaratsanız xeyli gəlir əldə edə bilərsiniz, xüsusən də yay aylarında. Hər il on minlərlə insan istirahət üçün təbiət qoynuna, dağ kəndlərinə üz tutur. Amma gənc ailələrdən olan insanların bir çoxunun dağlara, meşələrə, şələlərərə üz tutmaq, bəzən ekstremal turizmlə məşğul olmaq istəyinin qarşısını alan azyaşlı uşaqları kimə etibar etmək problemidir. Misal üçün təsəvvür edin gənc bir ailə azyaşlı uşaqları ilə dağ kəndinə turist səfərinə gəlib, amma elə azyaşlı uşaqlara görə də onlar dağa piyada gəzintiyə çixa bilmirlər və ya meşələrin dərinliyində, dağ çayları, şələlələr olan yerlərdə pikniklərə yollana bilmirlər.

İlk elektron kalkulyatorun hazırlandığı gündür

15 aprel tarixdə ilk elektron kalkulyatorun hazırlandığı gündür. Yaponlar bunu 1970-ci ildə hazırlasalar da əslində aymaq üçün işlənən maşının yaşı çox qədimdir.

Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara verib. Mexaniki Kalkulyatoru isə 1642-də Blez Paskal tərəfindən icad olundu. Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . O, 3 il səydən və 50 təcrübədən sonra o öz kalkuyatorunu ictimaiyyətə təqdim etdi. Pskal növbəti on il ərzində bu maşınlardan 20 ədəd hazırladı. Bu maşın bilavasitə iki ədədi toplaya və çıxa, o cümlədən təkrar bölə bilirdi.Bu maşın dəfələrlə özünü sübut etdi. Və bu hadisə düz 377 il əvvəl Paskal 19 yaşında olarkən baş verdi. O mexaniki iş görmək ideyasını düşündü və bu məqsədlə layihə yaratdı. Pskalın bu ixtirası sonralar bir çox elmi uğurlara yol açdı. 1643-cü il ərzində Rouendən olan Fransız saatsazı Paskalın işini eşitdikdən sonra özünün hesablama saatını layihələşdirməyə başladı.

Ən yaxşı turizm məkanları

Santander və Qranada şəhərləri İspaniyada ən yaxşı turizm məkanları elan edilib

İspaniyanın Santander və Qranada şəhərləri turistlərdə daha yaxşı təəssürat yaradıb. İspaniyanın İstehsalçılar və İstehlakçılar Təşkilatının məlumatına əsasən bu şəhərlər ən yaxşı turizm məkanları seçiliblər.İspaniyanın Santander və Qranada şəhərləri turistlərdə daha yaxşı təəssürat yaradıb. İspaniyanın İstehsalçılar və İstehlakçılar Təşkilatının məlumatına əsasən, 100 ballıq cədvəl üzrə Santander 87 bal, Qranada isə 85 bal toplayıb.Reytinqin lideri olan Santander turistləri özünün təhlükəsizliyi, yerli sakinlərin dostcasına münasibəti və qastronomiyası ilə yaxşı mənada heyrətləndirib. Eyni zamanda, turistlər buradakı qiymətlərin yüksək olmasından gileyləniblər.Barselona və Madrid hərəyə 80 bal toplayıb. Bu şəhərlərdə turistləri daha çox nəqliyyat infrastrukturu, əyləncə və alış-veriş cəlb edib. Yeri gəlmişkən, bu meyarlara görə, yüksək ballar alan şəhərlər sırasında Bilbao, Sevilya və Valensiya da var.

Dünyanın ən dərin hovuzu açılacaq

 İlin sonunda Polşada dünyanın ən dərin hovuzu açıla bilər. Bu barədə CNN məlumat yayıb. Bildirilir ki, onun dərinliyi 45 metrə çatır. Hovuz peşəkar akvalanqçılar üçün nəzərdə tutulub və 8000 kub metr su tutacaq. Rekord göstəriciyə malik hovuz 25 metrlik hovuzdan 27-dəfə çox su tutacaq. Güman edilir ki, o, yalnız məşqlərə başlayan idmançılar üçün əlverişli olmayacaq, həmçinin təcrübəli idmançılar, eləcə də xüsusi sualtı tuneli üzrə gəzə biləcək seyrçilərə də maraqlı olacaq.

Dünyanın ən böyük uçağı sınaq uçuşu edib

"Stratolaunch Systems" şirkəti şənbə günü ABŞ-ın qərbində raket daşıyıcılarının havaya buraxılışı üçün nəzərdə tutulan dünyanın ən böyük "Stratolaunch" təyyarəsinin ilk yay sınağını həyata keçirib. TASS xəbər verir ki, sınaq uçuşu Kaliforniya ştatının Mohave səhrası üzərində baş tutub. İkigövdəli təyyarənin qanadlarının kənar nöqtələri arasındakı məsafə 117 metrdir. Hava gəmisində "Boeing 747" təyyarəsinin altı mühərriki quraşdırılıb.

VI Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

 Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti Bakı Beynəlxalq kitab sərgi-yarmarkası sentyabrın 27-də təşkil olunacaq.

Nazirlikdən bildirilib ki, altıncı dəfə keçiriləcək sərgi-yarmarka üç gün davam edəcək. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

Qubada vətəndaş qəbulu keçiriləcək

Aprelin 20-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini bölgə üzrə vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Polis şöbəsindən verilən məlumata əsasən aprelin 20-də Azərbaycan respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Quba rayonunda bölgə üzrə vətəndaş qəbulu keçirəcək. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəailiyyətinə və daxili işlər nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Qubada gənclər arasında intelektual oyun keçirilib.

Aprelin 13-də Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun Gənclər Mərkəzində gənclər arasında intelektual yarışma keçirilib.