Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntılar Naxçıvanda Arpaçayın ətrafında aşkarlanıb. Tapılan qalıqların yaşı 350-370 milyon il əvvələ gedib çıxır. Aparılan qazıntılar zamanı daha çox molyusklar və süngərlər tapılıb.
Bunu açıqlamasında Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib.