ERMƏNİLƏR GƏDƏBƏYİ ATƏŞƏ TUTDU

Dekabrın 16-sı saat 17:20-dən 18:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Qoturbulaq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Göyəlli və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi bilgi yayıb.

QUBADA KƏND MƏKTƏBLƏRİNƏ MAVİ YANACAQ VERİLƏCƏK

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.

AZƏRBAYCAN TURİZMİ YAPONİYADA TƏBLİĞ EDİLİR

Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiyanın 45 aparıcı tur operatoru və turizm agentliyi üçün seminar təşkil edilib. Tədbirdə ölkəmizin turizm potensialı və müxtəlif məhsulları iştirakçilara təqdim edilib.

ŞUŞA-LAÇIN YOLUNDA ETİRAZ AKSİYASI DAVAM EDİR

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub.

PREZİDENT İLHAM ƏLİYEV TDT-NİN BAŞ KATİBİNİ QƏBUL EDİB

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Dövlətimizin başçısı Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbrik edib, ona təşkilatın üzv dövlətləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətindəki işində uğurlar arzulayıb və əminliyini bildirib ki,

QAFQAZ TV TƏLƏBƏLƏRƏ TƏCRÜBƏ SERTİFİKATI VERİR

Sosial – İqtisad kollecində regionun ən baxımlı kanalı olan Qafqaz TV – də keçiriləcək üç aylıq təcrübə proqramı ilə bağlı tələbələrlə görüş keçirilib. Görüşdə Qafqaz Müstəqil Televiziya və Radio Şirkətinin direktoru Eltən Qədimbəyli, TV-nin əməkdaşları və təcrübə proqramı ilə maraqlanan tələbələr iştirak ediblər. Görüşü açıq elan edən Televiziyanın əməkdaşı Xanım Xatun qeyd etdi ki, təcrübə proqramının əsas hədəf obyekti tələbələrdir.

PREZİDENT İLHAM ƏLİYEVİN TÜRKMƏNİSTANA SƏFƏRİ BAŞA ÇATIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri dekabrın 14-də başa çatıb.Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

ERMƏNİLƏR KƏLBƏCƏR,LAÇIN VƏ XOCAVƏNDİ ATƏŞƏ TUTUB

Dekabrın 14-ü saat 17:50-dən saat 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən