YERLİ ÜZÜM SORTLARININ ÇOXALDILMASINA BAŞLANILACAQ

İyulun 18-də  Qubada Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqaq İnstitutun ilə Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitu birgə həyata keçirəcəkləri layihənin müzakirəsi

və əməkdaşlığa dair razılıq əldə olunması məqsədi ilə tədbir keçirlib. Tədbirdə əsas mövzu yerli üzüm sortlarının çoxaldılması olub. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqaq İnstitutunun (ETİ) direktoru İlham Qurbanov  Azərbaycanda yerli üzüm sortlarının yeni biotexnoloji üsullarla çoxaldılmasına başlanılacağı haqqında məlumat verib. İlham Qurbanov bildirib ki, Üzümçülük və Şərabçılıq ETİ institu ilə birgə həyata keçiriləcək layihə nəticəsində Şamaxıda 30 hektar sahədə yeni müasir üzüm tingçiliyi yaradılacaq. Üzümçülük və Şərabçılıq ETİ institunun direktor əvəzi Vüqar Səlimovun bildirib ki, respublikamızda şərabçılıq sahəsində ixrac potensialının yüksəldilməsi üçün yerli üzüm sortlarının yetişdirilməsinə ehtiyac var. “Vaxtilə yüksək qabiliyyətli, rəqabətə davamlı şərabçılıq üçün xammal rolunu oynayan yerli üzüm sortları –vaxtilə yüksək keyfiyyətli şərabların istehsalına imkan verirdi.  Bu yerli üzüm sortlarını xammal kimi istifadə etməklə yüksək keyfiyyətli milli şərab brendləri hazırlana və bazara çıxarıla bilər”. Onun sözlərinə görə, bu sortların ənənəvi üsulla çoxaldılması çətindir və bu yolla istehsalçılarn tələbatını ödəmək mümkün deyil. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqaq İnstitutun biotexnologiya laboratoriyasının müdüri Sevil Süleymanova üzüm sortlatrının çoxaldılması üsullarından danışaraq qeyd edib ki, əsas məqsdə sağlam bitki əldə etməkdir.