Azərbaycanın Xalq şairi, istiqlal, azadlıq carçısı Xəlil Rza Ulutürkün doğum günü qeyd edilib. Bununla
əlaqədar şairin doğulduğu Salyan şəhərində yerləşən “Ata-oğul” xatirə kompleksi ziyarət olunub. Anım mərasimində Salyan rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP nümayəndələri, şairin doğmaları, mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət iştirak edib. Çıxışlarda bildirilib ki, Xəlil Rzanın həyat yolu hər bir vətəndaş üçün örnək olmalıdır. Şairin Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyətindən, poeziyasından, gələcək nəsillərə örnək ola biləcək vətənpərvərliyindən danışılıb və yaddaşlara həkk edilən şeirləri səsləndirilib. Bildirilib ki, X.R.Ulutürk poeziyasının aparıcı motivini məhz vətən, azadlıq, milli ruh təşkil edib. Şairin lirikanı siyasi mübarizənin ideya silahına çevirdiyi, xalqın milli duyğularını, milli bütövlüyünü tərənnüm etdiyi xüsusi vurğulayıblar. O da qeyd olunub ki, Xəlil Rza Ulutürk təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qüdrətli şairidir. Milli azadlıq ideyası ilə yoğrulan Xəlil Rza Ulutürk poeziyasının gənc nəsillər üçün örnək olduğu, hər zaman öz aktuallığını saxladığı vurğulanıb. Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Azərbaycanın suverenliyi uğrunda canından keçərək, şəhid olub və ölümündən sonra ona Azərbaycanın Tədbirin sonunda abidənin özünə gül dəstələri düzülüb, şairin və milli qəhrəmanın ruhu ehtiramla yad edilib.
