TEZLİKLƏ ZƏNGƏZURUN AÇILDIĞI ELAN EDİLƏCƏK
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 315
			
	
        
		
			
		
		
	
	
		Makron bu yaxınlarda yenə dedi ki, Ukraynanı müdafiə edəcəklər – yəqin ki, bizi müdafiə etdikləri kimi. Şolts, Starmer, Bayden, Blinken, Leyen və Hollivud ulduzları hər gün Zelenskiyə baş çəkirdilər.   Bütün media orqanları Zelenskini dünyaya Rusiyaya qarşı qəhrəman kimi təqdim etdilər. Qərbə Ukrayna rusları zəiflətmək üçün lazım idi. Və bütün bunlardan sonra Zelenskini danışıqlar masasına belə dəvət etmədilər. Bir milyondan çox itkidən sonra Ukrayna hətta danışıqlara da dəvət olunmadı, başqa sözlə, atıldı. Biz Ukraynanın beş faizi də deyilik. Bu sözləri ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan erməni mediasına açıqlamasında deyib. “Biz onların prioritetlərinin dördüncü və ya beşinci xəttindəyik. Bu hakimiyyət daim yalan danışır, amma Əliyev həmişə həqiqətləri deyir. Ola bilsin ki, tezliklə Əliyevdən öyrənəcəyik ki, Zəngəzur dəhlizi ilə bağlı artıq saziş imzalanıb”, - deyə politoloq Xaçikyan əlavə edib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				