TÜRKSOY XALQ ŞAİRİNİN 80 İLLİYİNİ QEYD EDİB
Baxış sayı: 5
TÜRKSOYun Ankaradakı qərargahında Azərbaycanın Xalq şairi, prozaik Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən tədbirdə millət vəkilləri, diplomatlar, alimlər və ekspertlər iştirak ediblər.Tədbir ictimai xadimin həyat və yaradıcılığı haqqında sənədli filmin nümayişi ilə başlayıb.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında şairin Azərbaycan ədəbiyyatında və milli düşüncəsindəki rolunu vurğulayıb.
İnterşum
Çıxış edən digər rəsmilər də Sabir Rüstəmxanlının yaradıcılığının Türk dünyası üçün əhəmiyyətindən danışıblar. Yubliyar çıxışında Türk dünyasının birliyinin vacibliyini qeyd edib.
İnterşum
Sonda TÜRKSOY Baş katibinin müavini Sayit Yusuf yubilyara Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının medalını təqdim edib.
