QUBANIN MÖVLUD QONAQ KÜÇƏSİ TEZLİKLƏ ASFALTLANACAQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 321
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba şəhər inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.   Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə şəhər sakinlərinə ətraflı bilgi verilib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				