QUBANIN 70% SU PROBLEMİ HƏLL OLACAQ
Baxış sayı: 60
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Aşağı Atuc kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, həmçinin rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda həyata keçirilən işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə müvafiq şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Aşağı Atuc kənd tam orta məktəbinin qarşısında qoyulan Birinci Qarabağ Müharibəsi şəhidi Dilmurad Rüstəmovun büstünün önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdir.
