QUBALI HACI XANIMLARA HƏSR EDİLƏN KİTAB ÇAP OLUNDU
Baxış sayı: 29
Yazıçı, publisist Camafər xanım Əliyevanın yeni çapdan çıxmış "İlahi sevgi" adlı kitabının təqdimatı olub. Öncə Sahibkar Qadınlar İctimai Birliyinin direktoru Zenfira Ağayeva tədbir iştirakçılarını salamlayaraq müəllifi təbrik etdi. Sonra söz şair, publisist Ziyadxan Budağa verildi və o, tədbirin aparıcısı kimi hər bir iştirakçının öz ürək sözlərini söyləməsi üçün şərait yaratdı. Tədbirdə iştirak edən professor Kifayət xanım, milyonçu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi, tarix elmləri doktoru Dilarə Nağıyeva, respublika qadınlar şurasının sədri Bahar Qasımova , Raziyyə xanım və digər iştirakçılar kitab haqqında öz ürək sözlərini söylədilər. Çıxış edənlər Yazıçı Camafər Əliyevanın həyat və yaradıcılığından söz açıb, kitabın oxucular tərəfindən sevilə-sevilə oxunacağına əmin olduqlarını bildirərək, yazıçıya uğurlar arzulayıblar. Tədbirdə iştirak edən xalq artisti Zümrüd Məmmədova və vokalçı İlham Əsgəroğlunun ifa etdikləri mahnılar təqdimat mərasimini unudulmaz və yaddaqalan etdi. Çıxışlardan sonra müəllif iştirakçılara təşəkkür edib və qonaqlar üçün kitabını imzalayıb.