QUBADA SU TƏSƏRRÜFATI VƏ MELİORASİYA İŞÇİLƏRİ GÜNÜ KEÇİRİLİB

“Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibətilə 3 iyun 2019-cu tarixdə Quba Heydər Əliyev Mərkəzində yığıncaq keçirilib.

Su Təsərrüfatı və Meliorasiya İşçıləri Günü münasibətilə Qubada keçirilən tədbirin iştirakçıları müasir

Heydər Əliyev Mərkəzində keçiriliən peşə bayramı tədbirində çıxış edən Quba rayon İcra başçısıs Ziyəddin Əliyev Su Təsərrüfatı və Meliorasiya işçilərini 5 iyun peşə bayramları münasibətilə təbrik edib. İcra başçısı vurğulayıb ki, ölkəmizdə bu sahəyə maraq hələ ondoqquzuncu əsrin 2-inci yarısından başlanmasına baxmayaraq meliorasiya və irriqasiya işlərinin inkişaf edərək geniş miqyaslı vüsət tapması 1969-1982- ci illərə, yəni ümummilli liderimi Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyiilk dövrə təsadüf edir. Ulu öndərin 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı su təsərrufatı və meliorasiya sahəsini də məhv olmaqdan xilas etdi. Bu sahələr öz inkişafının yeni mərhələsinə qədəm qoydu, bu vacib sahələrə dövlətin diqqət və qayğısı bərpa olundu. Bu gün möhtərəm prezidentimiz İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir ki, qeyd olunan sahə özünün inkişaf tərəqqi mərhələsini yaşayır.

Peşə bayramı tədbirində Azərsu “Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Regional Sukanal idarəsinin rəisi Elşən Həsənzadə və ryon suvarma sistemləri idarəsinin baş mühəndisi İsrafil Bağırov çıxış edərək son dövrlər ölkəmizdə, o cümlədən Quba əhalisinin içməli su təminatı , su təsərrufatı və meliorasiya sahəsini inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat veriblər. Quba Rayon Ağsaqqallar çurasını sədri İldırım Məmmədov və ADPU- Quba filialının direktoru Əli Allahverdiyev kollektivi peşə bayramı günü münasibətiylə təbrik ediblər.

Sonda xidmətdən fərqlənən su-meliorasiya təəsərrüfatı işçilərinə Quba Rayon İcra Hakimyyətinin fəxri fərman və qiymətli hədiyyələri təqdim olunub.