QUBADA NOVRUZ YARMARKASI İKİ GÜN DAVAM EDƏCƏK
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 278
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkının qarşısında  Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır. Yarmarka 15 və 16 mart 2025-ci il tarixlərdə saat 09:00-dan etibarən gün ərzində davam edəcəkdir. Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birgə martın 15-də yarmarka ilə tanış olub və aidiyyəti şəxslərə lazımi tapşırıqlar verib.
    
        
                    
            
	
	
				
				
		
	
	
				