QUBADA KÖNÜLLÜLƏR TEATRI XOCALI QURBANLARINI BELƏ ANDI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 294
			
	
        
		
			
		
		
	
	
		Quba-Xaçmaz Regional  Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş "Xocalı: Faciədən Zəfərə" adlı tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə məktəblilərin rəsm əsrlərindən,həmçinin Xocalı faciəsindən bəhs edən kitab və nəşrlərdən ibarət sərgi ilə tanış olublar.  Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsıənfirilməsi, Ümummili Lider Heydər Əliyevin, torpaqırımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin,o cümıədən Xocalı faciəsi qurbanıatının əziz xatirəsinin yad edilməsi ilə başladı.  Daha sonra  Xocalı faciəsindən bəhs edən videoçarx mümayiş olunub.Çıxş edən natiqlər 33 il əvvəl dinc Xocalı  sakinlərinə qarşı törədilən qətliamdan söz açıblar. Çıxışlarda həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun  qüdrəti sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfər xüsusi qeyd olunub. Daha sonra "Xocalı: Faciədən Zəfərə"rəsm müsabiqəsinin qaliblərinə Fəxri-Fərmanlar təqdim olunub.Tədbirin bədii hissəsi Könüllülər Teatrının bədii-musiqili  kompozisiyası ilə davam etdirilib.
    
        
                    
            
	
	
	
				
				
		
	
	
				