QUBADA “REGİONAL BİZNESİN İNKİŞAFI VƏ RƏQƏMSALLAŞMA SAMMİTİ” KEÇİRİLDİ
Baxış sayı: 5
22 may 2026-cı il tarixində Quba şəhərində yerləşən Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində MÜSİAD, TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə REGİONAL EXPO QUBA 2026 tədbiri keçirilib. Qeyd edək ki, QİAD platforması yarandığı gündən təşkilatçısı olduğu bütün tədbirlərdə əsas məqsədi dövlətimizin siyasətini dəstələyərək sahibkarlarımıza, nəticədə ölkə iqtisadiyyatına öz mümkün töhfəsini verməkdir. Tədbir Qızıl Sponsorlar – Rabitəbank ASC və Prometech, həmçinin Gümüş Sponsor – Cardinalia Septem Group şirkətinin sponsorluğu ilə təşkil olunub. Tədbirin media dəstəkçisi "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkətidir.
