QIMIL KƏNDİNİN İŞIQ MƏSƏLƏSİ TEZLİKLƏ HƏLLİNİ TAPACAQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 275
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Küpçal kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.   Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də Quba rayonunda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Küpçal kənd tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşələri ilə tanış olmuşdur.
#Quba #Küpçal #səyyarqəbul
    
        
                    
            
	
	
				
				
		
	
	
				