QİAD FƏALİYYƏTİNİN BİR İLİNİ QEYD ETDİ

Quba İş Adamlarına Dəstək platformasının 1 illik fəaliyyəti ilə bağlı "QİAD üzvləri ilə görüş" proqramı təşkil edilib.Tədbirdə QİAD İdarə Heyətinin sədri və üzvləri, rayon rəsmiləri, iş adamları və media nümayəndələri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və 44 günlük Vətən Müharibəsində canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Sonra QİAD platformasının "2024-2025-ci il fəaliyyət hesabatı"nın təqdimatı keçirildi. QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov bu platformanın bölgə üçün faydalarından bəhs edərək bildirdi ki, QİAD-ın məqsədi yerli sahibkarlar arasında əlaqələrin sıxlaşdırılmasıdır. Digər çıxış edənlər QİAD-ın bundan sonrakı fəaliyyətində uğurlar arzuladılar. Tədbir çay süfrəsi arxasında davam edib. Sonda QİAD üzvlərinə "Üzvlük Sertifikatı" təqdim olunub.