MOBİL HEPA FİLTRASİYA CİHAZLARI- BİOGÜVƏNLİYİMİZİN TƏMİNATÇISI
Baxış sayı: 964
Yoluxucu xəstəliklərin sürətlə yayıldığı bir zamanda,virus və bakteriyalardan qorunmaq üçün “Metisafe” Mobil HEPA Filtrasiya Cihazları biogüvənliyimizin təminatçısı ola bilər. Bu cihazlar yoluxmanın əsas mənbəyi olan otaq havasını HEPA filtrasiyadan və UV şüalanmadan keçirərək, onu müxtəlif növ hissəciklərdən, həmçinin, virus və bakteriyalardan təmizləyir.Mobil HEPA filtrasiya cihazlarının ölçülərini otağınızın təyinatına və həcminə uyğun seçmək mümkündürBu cihazlar xəstəxana və laboratoriyalarda, evlərdə və iş yerlərində, banklarda, otellərdə, ümumiyyətlə, insanların toplaşdığı istənilən məkanda çox rahatlıqla istifadə oluna bilər. Cihazlar dizayn olaraq, silindirik - i-BioSafe AC250/500/750 və dördkünc AC300/1500 modellərindən ibarətdirMobil HEPA filtrasiya cihazlar yüngül və daşınabiləndir;-asan qurulur və rahat istifadə edilir; Bu Mobil HEPA filtrasiya cihazlarının əsas üstünlüklərini sadalasaq ,onu deyə bilərikki ,-filtrasiya zamanı toz hissəciklərini, mikrobları və virusları99,95% (H13)effektivliklə təmizləyir;Eyni zamanda ehtiyac olsa otaqda neqativ və ya pozitiv basıncı təmin edə bilir;- filtrləri, xüsusi peşəkarlıq tələb olunmadan, asanlıqla dəyişilir;- sərfəli enerji istifadəsinə,işləyərkən aşağı səsə və vibrasiyaya malik olması isə sizin işinizi dahada rahatlaşdıracaq.