MAY AYINDA XINALIĞA QAR YAĞIB
Baxış sayı: 25
Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. May ayının 8-i olmasına baxmayaraq rayonun Xınalıq kəndi və ətraf dağlıq ərazilərdə qarlı hava şəraiti müşahidə olunub. Gecə saatlarından başlayan qar yağışı kənd və dağ yollarını ağ örpəyə bürüyüb. Hazırda ərazidə hava soyuq və küləkli keçir. Yerli sakinlərin sözlərinə görə, bu ərazilərdə belə hava şəraiti yaz aylarında nadir hallarda da olsa müşahidə olunur. Qeyd edək ki, son günlər ölkənin şimal bölgəsində hava şəraiti qeyri-sabit keçməkdə davam edir.
