Ölkəmizdə keçirilən növbədən kənar parlament seçkilərini əməkdaşlarımız Quba rayonu Hacıhüseynli kəndinin 53 saylı dairəsinin 31 saylı məntəqəsində də müşahidə ediblər.
Sözü gedən məntəqədən bu saata olan son məlumatları sizə çatdırırıq. Hacıhüseynli kəndində yerləşən 53 saylı seçki dairəsinin 31 saylı məntəqəsi dairənin ən böyük məntəqəsidi. 1494 seçicisi olan bu məntəqədə bu saata qədər 300 nəfərə yaxın seçici səs verib. 31 saylı məntəqədə ən yaşlı seçici 87 yaşlı Əhməd Vəlixanovdur.Ən yaşlı seçici məntəqəyə gələrək səs verib. Bu məntəqədə seçicilərin 12-15%-i 60-90 yaş arası, 30%-i 40-60 yaş arası və geri qalanı isə 18-40 yaş arasıdı. Məntəqədə 20 nəfər ilk dəfə səsvermə hüququ qazanan vətəndaş var. Onların da əksəriyyətini qadınlar təşkil edir. Məntəqədə seçki prosesini 10 müşahidəçi izləyib.