İSRAİL ORDUSU İRANA YENİDƏN ZƏRBƏLƏR ENDİRİR
Baxış sayı: 9
İsrail Hərbi Hava Qüvvələri İranın qərbinə yeni hava hücumu dalğasına başlayıb. Qafqaz TV "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə bilgini ordunun mətbuat xidməti yayıb. İsrail Müdafiə Ordusunun, yəni SAXAL-ın zərbələrlə bağlı təfərrüatı daha sonra təqdim edəcəyi gözlənilir. İranın "Mehr" agentliyi yaydığı bilgidə isə bildirilir ki, İran MOSSAD-ın binasını raketlə vurub. İranın SNN telekanalı isə bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu, yəni SEPAH İsrailin "Glilot" hərbi kəşfiyyat bazasına raket zərbəsi endirib. Yaşanan münaqişə fonunda ABŞ Prezidenti Donald Trampın açıqlaması müzakirələrə səbəb olub. Belə ki, ABŞ Prezidenti İranla danışıqlara o qədər də həvəsli olmadığını bildirib. Tramp İranın tam kapitulyasiyasını gözlədiyini qeyd edib.