İRAN PREZİDENTİ AZƏRBAYCAN DİLİNDƏ ŞEİR DEDİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 288
			
	
        
		
			
		
		
	
	
		Məsud Pezeşkian Təbrizin Tehranda keçirilən mədəniyyət həftəsində Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın  şeirini oxuyub. Pezeşkian çıxışını farsca edib, ancaq Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bəndi azərbaycanca oxuyub. Bu məqamda isə kənardan yaxınlaşan şəxs vasitəsilə prezidentin qulağına xəbərdarlıq edilib. Pezeşkian dərhal şeir deməyi dayandırıb və farsca çıxışına davam edərkən, azərbaycanca şeir deməkdə heç bir qəbahət olmadığını dilə gətirib. Xatırladaq ki, milliyətcə Azərbaycan türkü olan Məsud Pezeşkian daha öncələr də bəzi tədbirlərdə, qəbullarla öz dilində danışıb. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				