İRƏVAN BÖYÜK RİSK QARŞISINDA
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 305
			
	
        
		
			
		
		
	
	
		Avrasiya İqtisadi İttifaqından çıxmaq buğda, günəbaxan yağı, qaz və bir çox digər malların qiymətlərinə yenidən  baxılmasına gətirib çıxara bilər, həmçinin Ermənistandan Rusiyaya ixracı xeyli çətinləşdirə bilər. Bunu erməni iqtisadçı ekspert Hrayr Kamendatyan deyib.O qeyd edib ki, Aİİ-dən çıxmaqla ölkənin ərzaq təhlükəsizliyi üçün əhəmiyyətli risklər yaranacaq: “Bundan əlavə, ittifaqı tərk etmək qaz qiymətlərinə yenidən baxılmasına gətirib çıxara bilər ki, bu da qiymət artımının zəncirvari reaksiyasına səbəb olacaq”. Qeyd edək ki, Ermənistan hökuməti AB-yə üzvlük prosesinin başlanması üçün parlamentə qanun layihəsi təqdim edib. Nikol Paşinyan 31 yanvarda keçirdiyi mətbuat konfransında "Aİİ-də özlərini pis hiss etmədiklərini", ancaq "Ermənistanda AB-nin Aİİ-dən daha sərfəli yol olduğuna inanan çoxlu vətəndaş" olduğunu bildirib.
    
        
                    
            
	
	
	
				
				
		
	
	
				