İLQAR MAHMUDOV UZUNMEŞƏ KƏNDİNDƏ VƏTƏNDAŞLARLA GÖRÜŞDÜ
Baxış sayı: 27
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alpan kənd inzibati ərazi dairəsinin Uzunmeşə kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Uzunmeşə kənd ibtidai məktəbinin önündə qoyulmuş şəhid Yusif Rzayevin büstünün qarşısına gül dəstələri düzmüşlər.