İLQAR MAHMUDOV SAKİNLƏRİN MÜRACİƏTLƏRİNİ DİNLƏDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələri, abadlıq-quruculuq işləri və əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, onların operativ həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilib. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilən Şəhidlər xatirə kompleksini və Talabıqışlaq kənd tam orta məktəbinin girişində qoyulmuş Birinci Qarabağ müharibəsi şəhidi Firuz Heybətovun büstünü ziyarət edib, önünə gül dəstələri düzüb.