İLQAR MAHMUDOV ÇARTƏPƏDƏ SAKİNLƏRİN PROBLEMLƏRİNİ DİNLƏNDİ
Baxış sayı: 24
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xucbala kənd inzibati ərazi dairəsinin Çartəpə kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri qeyd olunan istiqamətdə həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər.
Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Çartəpə kəndinin mərkəzində inşa edilən 44 günlük Vətən Müharibəsi şəhidi Ürfan Məmmədovun şərəfinə yaradılan xatirə-bulaq kompleksinin və Çartəpə kənd tam orta məktəbində yaradılan Şəhidlər xatirə guşəsinin önünə gül dəstələri düzüblər.
