İCRA HAKİMİYYƏTİ İFTAR SÜFRƏSİ AÇDI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 263
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə Quba şəhərində iftar mərasimi təşkil olunub. İftar mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, şəhid ailələri, qazilər, veteranlar, digər rəhbər şəxslər, bir qrup din xadimi, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak edib.   Tədbirdə milli-mənəvi dəyərlərimizə və Ramazan ayına həsr olunan film nümayiş olunub, din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunmuşdur. Bu mübarək ayda xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı arzulanıb, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul edilməsi dilənib. İftar süfrəsində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub. Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdiər. İftar mərasiminin sonunda şəhid ailələri ilə fikir mübadiləsi aparılıb.
#Quba #Ramazan #İftar
    
        
                    
            
	
	
				
				
		
	
	
				