HULUSİ AKARDAN İLHAM ƏLİYEVƏ XÜSUSİ HƏDİYYƏ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 276
			
	
        
		
			
		
		
	
	
		Prezident İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə  komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
Söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olundu. Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi- qılınc təqdim edib. Xatırladaq ki, ötən il yanvar ayında Hulusi Akar Prezident İlham Əliyevlə görüşü zamanı da dövlətimizin başçısına silah hədiyyə etmişdi.
    
        
                    
            
	
	
				
				
		
	
	
				