HAMI HÖKUMƏT VƏ MƏHKƏMƏ BİNALARININ QARŞISINA TOPLANIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 269
			
	
        
		
			
		
		
	
	
		Ermənistanda hökumət binasının qarşısında gəlir vergisinə edilən dəyişiklikdən narazı olan təsərrüfat subyektlərinin  nümayəndələrinin növbəti etiraz aksiyası keçirilir. Etirazçıların sözlərinə görə, yanvarın 1-dən qüvvəyə minən dəyişiklik onların vergi yükünü dəfələrlə artırıb. Onlar gəlir vergisinin 5%-dən 10%-ə qaldırılması nəticəsində ciddi problemlərlə üzləşirlər. Ötən həftə Nazirlər Kabinetində təsərrüfat subyektlərinin nümayəndələri qəbul edilsə də, iclasın nəticəsi etirazçıları qane etməyib. Etirazçılardan birinin sözlərinə görə : “Bizə heç bir müsbət cavab verilməyib. Xahişimiz o idi ki, vergi dəyişikliyi 6 ay təxirə salınsın və bizimlə razılaşdırılsın. Onlar isə imtina etdilər və millətə qarşı vergi terroruna başladılar. Bundan əlavə, biz indicə öyrəndik ki, bank kartından etdiyimiz köçürmələrdən də əlavə vergi tutulacaq. Bu gedişlə heç bir müsbət dəyişiklik gözlənilmir. Biz vergi ödəməyə hazırıq, amma bunu sadələşdirsinlər”.
Qeyd edək ki, bu gündən etibarən İrəvanda vəkillər də tətilə başlayıb. Vəkillər Palatasının mətbuat katibi Silvi Tiqranyan bildirib ki, “Müstəsna hallarda təcili zərurət yaranarsa, məsələn, kiminsə barəsində həbs qərarı çıxarılarsa, o zaman vəkil prossesdə iştirak edə bilər. Digər hallarda hər kəs tətilə qoşulub və hazırda vəkillərimiz məhkəmə binalarının qarşısında öz etiraz aksiyalarını davam etdirirlər”. Mətbuat katibi onuda qeyd edib ki, hazırda vəkillərin ümumi yığıncağı keçirilir, ondan sonra isə mətbuat konfransı keçiriləcək.
    
        
                    
            
	
	
				
				
		
	
	
				