DƏRK KƏNDİNDƏ VƏTƏNDAŞ QƏBULU KEÇİRİLDİ
Baxış sayı: 76
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Yerfi kənd inzibati ərazi dairəsinin Dərk kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verildi.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.
Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Dərk kənd ümumi orta məktəbində yaradılan Şəhidlərin xatirə guşəsinin qarşısına gül dəstələri düzdülər.