BAYRAM NAMAZINDA DİN XADİMLƏRİ VƏ SAKİNLƏR İŞTİRAK EDİB
Baxış sayı: 75
Ölkəmizin hər yerində olduğu kimi Quba rayonunda da Ramazan bayramı ilə əlaqədar səhər saatlarında Bayram namazı qılındı. Cümə məscidində namaz 8:00-da, Ərdəbil məscdində isə 10:00-da başladı. Bayram namazında din xadimləri ilə yanaşı yerli sakinlər də iştirak etdi. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Şəvval ayının 1-i yəni martın 30-u Ramazan bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
#Quba #Ramazan #namaz #Bayramnamazı