AZAL TƏYYARƏSİ İLƏ BAĞLI TƏCİLİ AÇIQLAMA
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 313
			
	
        
		
			
		
		
	
	
		AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq.   Qafqaz TV Axar.Az-a istinadən bildirir ki, bu bilgini Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib. “Aktau yaxınlığında qəzaya uğrayan AZAL reysinin qara qutuları Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb”, - Bozumbayev bildirib. Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
    
        
                    
            
	
	
	
				
				
		
	
	
				