ARİF ƏLİYEV QUBADA OXUCULARLA GÖRÜŞDÜ
Baxış sayı: 19
Bakı Media klubunun rəhbəri, jurnalist, media məsələləri üzrə ekspert Arif Əliyev şimal zonasının ilk kitab festivalı olan I Quba Kitab Sərgisində yerli oxucularla görüşüb. Yazıçının Yalama kitabı və müxtəlif mövzuları əhatə edən nitqi oxucular tərəfindən maraqla qarşılanıb. Arif Əliyev "Yalama" sənədli povesti haqqda oxuculara geniş bilgi verib. Müəllif bildirib ki,kitab 1920-ci ildə ermənilərin Qarabağa hücumu və bolşeviklərin Azərbaycana daxil olmasından, əsgərlərimizin zəif imkanlarına baxmayaraq göstərdikləri qəhrəmanlıqdan bəhs edir. Görüş oxucuların sual-cavab formatında davam edib. Arif Əliyev həmçinin gələcək planlarından söz açıb, ona ünvanlanan sualları cavablandırıb, maraq doğuran mövzuları oxucularla birgə müzakirə edib. Tədbirin sonunda yazıçı oxucular üçün kitablarını imzalayıb və onlarla şəkil çəkdirib. Xatırladaq ki, Layihə və sərginin informasiya dəstəyi Qafqaz TV, 525-ci qəzet, həmçinin edebiyyat və incesenet.az tərəfindən təmin olunub.
