2 MİNDƏN ÇOX ERMƏNİ ÖLKƏNİ TƏRK EDƏCƏK
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 299
			
	
        
		
			
		
		
	
	
		ABŞ- Prezidenti Donald Trampın yeni fərmanı çərçivəsində ölkədən Çin, Hindistan və Ermənistan vətəndaşları deportasiya ediləcək.   Bununla bağlı ABŞ-ın immiqrasiya orqanı deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib. Xarici KİV yazır ki, onların arasında Azərbaycan vətəndaşları da var. Siyahıya digərləri ilə yanaşı, 709 azərbaycanlı, 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalı daxildir.
Türkiyə vətəndaşlarının Meksika-Amerika sərhədini qeyri-qanuni keçmələrinin artması 2022-ci ildə baş verib və bu barədə Amerikanın News Nation televiziya kanalı ayrı bir süjet də çəkib.
Eyni zamanda vətənə göndərilməsi planlaşdırılan miqrantların ən çoxu Latın Amerikası ölkələrinin - Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşlarıdır. Siyahıya həmçinin 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşı da daxil edilib.
#ABŞ #Tramp #deportasiya #miqrant
    
        
                    
            
	
	
	
				
				
		
	
	
				