Bu xalçalar ilk dəfə Qarabağda toxunub. Sonradan Qobustanın Nabur və Qubanın Dərəçiçi kəndlərində də bu tip xalçaları toxumağa başlayıblar. Bu xalçaların toxunması buradan da Qubanın digər bölgələrinə yayılıb. Hazırda Azərbaycandan başqa bu xalçalar Dağıstanda və Türkmənistanda da toxunur. Bu kompozisiya rəngarəngliyi və gözəlliyi ilə Yaxın və Orta Şərqdə, sonralar isə daha geniş miqyasda şöhrət qazanıb. Çiçili xalça toxucuları bu xalçalara "Qollu çiçi" və ya "İsbigülçiçi" deyirlər. Zülfünaz nənəni Çiçidə uşaqdan böyüyə demək olar ki, hər kəs tanıyır, sevir. Xalçaçılıq sənətinin mükəmməl bilicisi olan Zülfünaz nənə ilə çox maraqlı və səmimi söhbətimiz alındı.
“AĞGÜL ÇİÇİ”MİLYONÇULARIN XALÇASI
Baxış sayı: 2439