ÜMUMMİLLİ LIDERİN ANADAN OLMASININ 103-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB
Baxış sayı: 39
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Quba rayonunun Alekseyevka kəndi və Zərdabi qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib.Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Quba “ASAN xidmət” mərkəzinin rəhbərliyi və kollektivi regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
