“QONAQ OTAĞI” – TAR İFAÇISI BAYRAM AĞASIYEV: “ELƏ BİLDİK OĞLUMUZ ŞƏHİD OLUB”

Qafqaz TV-də yeni biçimdə izləyicilərinin görüşünə gələn “Qonaq otağı” verilişinin ilk qonağı “Xınayaxdı” Folklor Xalq Kollektivinin rəhbəri, tar ifaçısı Bayram Ağasıyev oldu. Ömrünün çox

hissəsini Şimal bölgəsinin folklor nümunələrini toplamağa həsr edən Bayram Ağasıyevin həyatında qarşılaşdığı faciələr belə onun tara olan sevgisini azalda bilməyib.