“BİRİNİ SEÇ” – ƏMƏKDAR ARTİST FƏRİDƏ MƏLİKOVA: “MƏN DOSTLARA ÜSTÜNLÜK VERƏRDİM”

“Birini seç” verilişinin qonağı əməkdar artist Fəridə Məlikova idi. Qonaq qarşılamağı çox sevən əməkdar artist bu dəfə yadplanetlilərə qonaq getmək istədi. Həm də yaxşı bazarlıq

edərək. Deyir ki, qoy onlar da görsünlər ki, Allah bizə hansı nemətlər bəxş edib. Qarlı havanı sevsə də övladlarına görə günəşli havaya üstünlük verən Fəridə Məlikovanın digər seçimləri də, səmimi olduğu qədər düşündürücü oldu.