“AĞSAQQAL SÖZÜ”NÜN OKTYABR AYI ÜÇÜN HESABATI

Bu günkü verilişimizi oktyabr ayının yekununa həsr etmişik. Bu ay “Ağsaqqal sözü” verilişinin yaradıcı birliyi ağsaqqallarımızla birgə İspik, Vəlvələ və Tüləkəran İƏD-lərində oldu, əhali ilə görüşdü. Müvafiq olaraq yerlərdə erkən nigah, zəfər tariximiz və məişət zorakılığı mövzularında söhbətlər apardı. Bugünkü verilişimizə hər üç mövzuyla bağlı təkcə şimal bölgəsində deyil, respublikamızda sayılıb seçilən ağsaqqallarımızla birgə müzakirə edəcəyik.