Qaynaqçılıqdan poeziyaya— Mövlan Şahid: “Bir gecədə 40 şeir yazdım” | Qonaq otağı

Bu dəfə “Qonaq otağı”nda qonağımız “Ulduzlar” ədəbi məclisinin üzvü, qəzəlxan şair Mövlan Şahiddir. O, illərlə qaynaqçı usta kimi tanınıb, amma 27 yaşından sonra həyatı iki istiqamətə ayrılıb — əmək sənəti və söz sənəti. 🌙 “Bir gecədə 18 vərəqli dəftərə 40 şeir yazdım. Səhər oxuyanda ağladım… Çünki inana bilmirdim ki, bunları mən yazmışam.” Mövlan Şahid deyir ki, şairliyə keçid insanı dəyişdirir, onu başqa bir insana çevirir. Ən təsirli şeirlərindən birini isə Şəhidlər xiyabanında, şəhidlərin şəkillərinə baxaraq yazıb. Bu söhbət bir insanın əməkdən ilhama, gündəlik həyatdan poeziyaya səyahətinin hekayəsidir. Sözə, duyğuya və səmimiyyətə dəyər verən hər kəs üçün…